Sumqayıt Tibb Mərkəzi (STM) apreldə göstərilən xidmət sayını açıqlayıb. Sumqayıt24 bu haqda 16 may tarixində xəbər verir.
Mərkəzin tabeliyində olan tibb müəssisələrinə vətəndaşlar tərəfindən 132.349 müraciət daxil olub. Bunlardan 129.181 ambulator, 3168-i isə stasionar müraciətdir.
Göstərilən tibbi xidmətlərin sayı 369.793 təşkil edib. Bu xidmətlərdən 276.375 ambulator, 93.418-i isə stasionar xidmətdir.