Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub. Bu haqda 30 iyul tarixində Sumqayıt24 xəbər verir.
Bununla bağlı TƏBİB-nin icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, Namirə Abbasova STM-in direktor müavini, İlkin səhiyyə xidmətinə rəhbər vəzifəyə təyinat alıb.
N. Abbasova bu təyinatadək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının müdir müavini vəzifəsində çalışıb.