Sumqayıtda "Məişət zorakılığına qarşı mübarizə hər bir cəmiyyətin ümdə vəzifəsidir” mövzusunda tədbir keçirilib. Bu haqda 7 avqust tarixində Sumqayıt24 məlumat verir.
Sumqayıt Tibb Mərkəzində keçirilən tədbirdə məişət zorakılığından bəhs edən videoçarx nümayiş olunub.
Çıxış edənlər cəmiyyətimizdə məişət zorakılığı hallarının mövcudluğu və hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətiriblər. Məlumat verilib ki, cəmiyyətimizdə zorakılıq hallarının qarşısının alınması və azaldılması sahəsində təmənnasız olaraq yardım əlini uzadan dövlət orqanları, qeyri-hökumət təşkilatları və digər qurumlar var.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.