Sumqayıt Tibb Mərkəzinin (STM) əməkdaşı təltif olunub. Bu haqda 23 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrində "Könüllü TƏBİB" layihəsi üzrə görülmüş işlərə həsr olunmuş hesabat tədbiri keçirilib. TƏBİB-nin İcraçı direktoru Vüqar Qurbanov STM-in Xəstə xidmətləri şöbəsinin müdir müavini Nərgiz Cəmilzadəni təltif edib. O, "Könüllü TƏBİB" layihəsində səmərəli fəaliyyətinə görə Təşəkkürnamə ilə mükafatlandırılıb.