Sumqayıt Tibb Mərkəzinin (STM) əməkdaşı ən yüksək nəticə göstərib. Sumqayıt24 bu haqda 4 iyul tarixində xəbər verir.
TƏBİB və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi tərəfindən "Azərbaycan Respublikasında sığorta siyasətləri və rəqəmsal dövlət xidməti həlləri üzrə tibb mütəxəssislərinin bacarıqlarının artırılması" layihəsi çərçivəsində təlim təşkil olunub.
Yeni Klinikada keçirilən təlimdə Sumqayıt, Bakı və Abşeronda fəaliyyət göstərən TƏBİB-nin tabeliyində olan tibb müəssisələrinin sığorta mütəxəssisləri və Xəstə xidmətləri şöbələrinin əməkdaşları iştirak ediblər.
STM-in sığorta mütəxəssisi Səadət Əhmədli təlimdə maksimal nəticə – 100 bal toplayıb.
Sonda iştirakçılar sertifikatlarla mükafatlandırılıblar.