Sumqayıtda avtomobil sürücüsü yol-hərəkəti qaydalarını kobud şəkildə pozur.
Oxu.az-ın məlumatına görə, “BMW” markalı avtomobilin sürücüsü dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsi idarə edir. Həmin şəxsin qazi olduğu deyilir.
Qeyd edək ki, bu cür hallarda sürücülərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə tətbiq olunur.