Minik avtomobili aşıb. Sumqayıt24 bu haqda 22 may tarixində xəbər verir.
Hadisə Müşfiq–Sumqayıt yolunda baş verib. Şahidlərin sözlərinə görə, “Hyundai”də texniki nasazlıq yaranıb və sürücü idarəetməni itirdiyi üçün onu yolun kənarına aşırıb. Avtomobil tamamilə yararsız vəziyyətə düşüb.
Xəsarət alanların olub-olmadığı məlum deyil.