Sumqayıtda havalar soyuyur.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə istinadən xəbər verir ki, dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də yağışın bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Yağıntıların qısamüddətli intensiv olacağı ehtimalı var.