Hazırda Bakıda və Abşeron yarımadasında qar yağır.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 21-i saat 8:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Yağan qarın hündürlüyü Bakıda və Abşeron yarımadasında isə 7 sm-dir.
Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 5.1 metrdir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək şaxta qeydə alınıb.