Gədəbəy rayonu təhsil sektorunda metodist işləyən Ramin Məmmədov Sumqayıtda ürək tutmasından vəfat edib. Bu haqda məlumatı Sumqayıt24 bu gün, 3 yanvar tarixində Milli.az-a istinadən verir.
Onun Sumqayıtda qonaq getdiyi məclisdə anidən səhhəti ağırlaşıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, R.Məmmədov Gəncə şəhər 37 nömrəli məktəbdə, daha sonra isə Gədəbəy rayon təhsil sektorunda çalışıb.