Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 25-də hava şəraiti dəyişkən buludlu olacaq. Günün əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşəcəyi ehtimal olunur.
Güclü şimal-qərb küləyi axşam saatlarında mülayimləşəcək.
Temperatur gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm-ə yüksələcək. Nisbi rütubət gecə 50-60, gündüz 70-80 faiz təşkil edəcək.