Masazır-Novxanı yolunda baş verən qəzada xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Sumqayit24.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, 23.11.2026-cı il tarixində saat 00:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bədənin bir neçə nahiyələrini əhatə edən müştərək sınıqlar diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir".
Xatırladaq ki, ötən gün Masazır-Novxanı yolunda "Mercedes" markalı avtomobillə 99-DM-792 dövlət nömrə nişanlı "Opel" markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində bir nəfər xəsarət alıb.
***
Masazır-Novxanı yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, 99-ES-535 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 99-DM-792 dövlət nömrə nişanlı "Opel" markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Mənbə: Oxu.az