“Azərbaycan Dəmir Yolları” QSC-nin ərazisində yanğın baş verib. Bu haqda bu gün, 5 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk.
Hadisə ADY-nın fəaliyyət göstərməyən və məcburi köçkünlərin məskunlaşdığı yükvurma stansiyasında qeydə alınıb. Burada ümumi sahəsi 100 kv.m olan taxtadan ibarət köməkçi tikili və içərisində olan ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.