Sumqayıtda 19,16 ton müxtəlif növ süd məhsulları məhv edilib. Bu haqda Sumqayıt24 26 iyul tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar “Təmiz Sumqayıt-Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda utilizasiya edilib. Qida məhsulları “Sun Food” MMC-yə məxsus idi.