Sumqayıtda uşaq zəhərlənib. Sumqayıt24 bu haqda 27 iyun tarixində Den.az-a istinadən xəbər verir.
3 yaşlı şəhər sakini Vəxfi Abdullayev bağda nəzarətsiz qaldığı zaman dolabdan siçan dərmanını yeyib. Ailəsi uşağın vəziyyətinin qəfil ağırlaşdığını görüb və onu dərhal xəstəxanaya çatdırıb. Hazırda həkimlər uşağın həyatda qalması üçün çalışırlar.
Faktla bağlı araşdırma aparılır.