Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın son vəziyyəti açıqlanıb.
Sumqayit24.az-a bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, Səmayə Həşimovanın müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir.
"Hazırda ümumi vəziyyəti stabildir. Müalicə həkimi, nefroloq və endokrinoloq tərəfindən mütəmadi olaraq qiymətləndirilir. Pasiyent həkim nəzarətində saxlanılır", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Səmayə Həşimova oktyabrın 27-də xəstəxanaya yerləşdirilib.