Sumqayıtda sabah hava qeyri-sabit keçəcək.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şəhərimizin də yerləşdiyi Abşeron yarımadasında noyabrın 11-də fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən qısamüddətli intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Temperatur gecə 5-7°, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm-ə enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.