Pirşağı-Novxanı-Xırdalan-M-4 yolu Abşeronun şimal-şərqindəki yaşayış məntəqələrini Bakı–Quba və Bakı–Şamaxı magistrallarına birləşdirəcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) məlumat yayıb.
Qeyd olunub ki, yeni yolun 20 Yanvardan paytaxta daxil olan nəqliyyatın sayını 20-30% azaltması və ətraf istiqamətlərdə axını daha səmərəli bölüşdürməsi gözlənilir.
Bildirlib ki, 28.95 kilometrlik yol 6 hərəkət zolağından ibarət olacaq.