"Sumqayıt" futbol klubu növbəti oyuna hazırlaşır.
Sumqayit24.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Sabah"la qarşılaşacaq. Misli Premyer Liqasının XII turuna təsadüf edən oyun 20 noyabr saat 19:00-da Sumqayıt şəhərində keçiriləcək.
Qeyd edək ki, bu görüşün Mehdi Hüseynzadə adına stadionda baş tutma ehtimalı var.