Saray qəsəbəsində yük avtomobilləri yolu daraldır.
Sumqayit24.az-a müraciət edən sakinin sözlərinə görə, Məhəmməd Əsədov küçəsində, qəsəbənin ən gediş-gəlişli ərazilərindən birində, "Saray-H" MTK-nın qarşısında ağırtonnajlı yük avtomobilləri yolun kənarında park edilir.
Yolun kənarında saxlanılan iri yük maşınları hərəkət zolağını daraldır. Bu isə xüsusilə nəqliyyatın intensiv olduğu saatlarda digər sürücülər üçün çətinlik yaradır, avtomobillərin hərəkətini ləngidir və ərazidə tıxaclara səbəb olur.
Vətəndaş aidiyyəti qurumların məsələ ilə bağlı tədbir görməsini istəyir.