Sumqayıtda yaşayan məşhur aktyor dünyasını dəyişib.
Söhbət Prezident mükafatçısı, əməkdar mədəniyyət işçisi Aslan Fətullayevdən gedir. Sumqayit24.az xəbər verir ki, 70 yaşlı aktyor bağırsaq problemi səbəbindən əziyyət çəkib və Moskvada əməliyyat olunub.
Məlumata görə, o, Sumqayıt şəhər "Dostluq" mədəniyyət evinin direktoru vəzifəsində çalışıb.