Sumqayıt şəhərində minik avtomobili yanıb.
Hadisə dünən axşam saatlarında 19-cu məhəllə ərazisində yerləşən parkda qeydə alınıb. Məlumata görə, hərəkətdə olan "Chevrolet Cruze" markalı avtomobil qəfil alışıb. Sürücü maşını tərk edərək xilas ola bilib. Lakin nəqliyyat vasitəsi yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunublar. Onların müdaxiləsi ilə alovun qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Denazmedia.аz