Sumqayıt şəhərində eyvandan yıxılan 10 yaşlı uşağın vəziyyəti ağırdır.
Sumqayit24.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, avqustun 9-da saat 12:30 radələrində Mərkəzin Uşaq Xəstəxanasına 2016-cı il təvəllüdlü oğlan hospitalizasiya olunub.
Döş qəfəsinin sınığı diaqnozu təyin edilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib. Müalicəsi davam etdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir.
***
Sumqayıtda uşaq eyvandan yıxılıb.
Məlumata görə, hadisə 2-ci mikrorayon ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binalarından birində baş verib.
10 yaşlı Tunar Mahmud oğlu Yəhyayev ehtiyatsızlıq nəticəsində yaşadığı mənzilin 5-ci mərtəbəsinin eyvanından yıxılıb. Uşaq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.аz