“İstedad” liseyinin müəllimi vəfat edib. Sumqayıt24 bu haqda 23 may tarixində xəbər verir.
Coğrafiya müəllimi Sabir Bağırov ürək tutmasından dünyasını dəyişib. Onun 63 yaşı var idi. Mərhum ömrünün 28 ilini liseydə şagirdlərə təhsil verməklə keçirib.
Qeyd edək ki, Sabir Bağırov “Əməkdar müəllim” adına da layiq görülmüşdü.