Sumqayıt şəhəri, Ağa Quliyev küçəsində asfaltlanma işlərinə başlanılıb.
Məlumata görə, şəhərdə aprel ayının əvvəlində intensiv yağan yağışlardan sonra bəzi küçələrdə kanalizasiya borularının partlaması nəticəsində yollarda çökmələr yaranıb.
Sözügedən küçələr arasında Ağa Quliyev küçəsi də yer alıb.
Həmin küçədə yaranmış problemin aradan qaldırılması məqsədilə asfaltlanma işləri aparılıb. Bildirilir ki, işlərə gecə saatlarından başlanılıb.
Video: Şəmistan Fikrətli