Sumqayıtda atmosfer havasının keyfiyyətinin monitorinqi keçirilib. Bu haqda 11 may tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Monitorinq avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən, gün ərzində Sumqayıt şəhərində hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.2 dəfə yüksək müəyyən edilib.
Qeyd edək ki, dəm qazı, kükürd qazı və azot-4 oksidin miqdarının normadan yüksək olması nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.