Sumqayıtda minik maşını qəzaya uğrayıb. Sumqayıt24 bu haqda 20 may tarixində xəbər verir.
Qəza günorta saat 12:35 radələrində Sumqayıtın Tarixi Muzeyinin yanında baş verib. Yüksək sürətlə hərəkət edən “Ford Focus” markalı avtomobil dönmə əməliyyatını icra edərkən yol kənarındakı bordürə çarpılıb. Hadisə zamanı xəsarət alan olmayıb. Əraziyə YPX cəlb olunub.