Sumqayıt şəhərində aprel ayının əvvəllərində intensiv yağan yağışlardan sonra bəzi küçələrdə kanalizasiya boruları partlayıb.
Nəticədə yollarda çökmələr qeydə alınıb. Sözügedən küçələr arasında Ağa Quliyev küçəsi də yer alıb.
Küçədə baş verən kommunal qəza Sumqayıt Şəhər Sukanal İdarəsinin əməkdaşları tərəfindən aradan qaldırılıb və yolun asfaltlanmasına hazırlıq işləri aparılıb.
Məlumata görə, asfaltlanma işlərinə avqustun 11-də, yəni bu gün başlanılacaq.
Mənbə: Şəmistan Fikrətli