Sumqayıt daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi bağlanılan şəhərlər sırasındadır. Bu haqda 26 iyul tarixində Sumqayıt24 Azərtac-a istinadən məlumat verir.
Bu ilin ilk 6 ayı ərzində ipotekanın dövlət qeydiyyatı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt ərazi idarəsində aparılıb. Ümumi 2060 müqavilə bağlanılıb.