Sumqayıt şəhəri və Saray qəsəbəsi ərazisindən keçən Samur–Abşeron kanalında kiçik balıqların kütləvi şəkildə tələf olması qeydə alınıb.
Sumqayit24.az-a göndərilən bu görüntülər Saray bağları adlanan ərazidə çəkilib.
Sakinlərin sözlərinə görə, balıqların ölümü suya naməlum maddənin tökülməsi ilə əlaqəli ola bilər.
Onlar baş verənlərlə bağlı araşdırma aparılacağına ümid edirlər.