top
Sumqayıtda beynəlxalq elmi konfrans keçirilib
28 oktyabr 2025, 10:31
- +

Sumqayıtda beynəlxalq elmi konfrans keçirilib

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru" adlı beynəlxalq elmi konfrans keçirilib.

Sumqayit24.az xəbər verir ki, tədbir Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, Səhiyyə Nazirliyi, TƏBİB və "Florence Healthcare International"ın birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda meyitdən orqan nəqli, transplantasiya sahəsində görülən işlər, bu istiqamətdə beynəlxalq təcrübə və gələcək hədəflər müzakirə olunub.

Daha sonra konfrans sessiyalarla davam edib.

Konfransın birinci paneli "Meyitdən orqan transplantasiyası: Canlı donorlu orqan transplantasiyası alternativdirmi?" mövzusuna həsr olunub. Panelə Rəşad Mahmudov və Yeganə Abbasova moderatorluq ediblər.

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin sədr müavini Günay Abbasovanın sözlərinə görə, oktyabrın 7-nə olan məlumata əsasən, hazırda Azərbaycanda 1061 nəfər orqan transplantasiyası üçün növbə gözləyir. Onlardan 343 nəfər böyrək, 147 nəfər qaraciyər, 23 nəfər ürək, 24 nəfər buynuz qişa, 524 nəfər isə sümük iliyi transplantasiyası üçün növbədədir.

O qeyd edib ki, 2025-ci ilin fevral-oktyabr ayları ərzində meyit donor orqanlarından ümumilikdə 31 transplantasiya əməliyyatı icra olunub. Bu əməliyyatlardan 9-u böyrək, 6-sı qaraciyər, 16-sı isə buynuz qişa (kornea) transplantasiyasıdır.

G.Abbasova əlavə edib ki, 2023-cü il avqustun 4-dən etibarən 150 böyrək, 100 qaraciyər və 20 sümük iliyi transplantasiyası əməliyyatı icbari tibbi sığorta tərəfindən qarşılanır:

"2026-cı ildən etibarən isə ürək və buynuz qişa transplantasiyası əməliyyatlarının da icbari tibbi sığorta çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulur".

Paneldə Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayevin, eləcə də həkim-transplantoloq Mircəlal Kazıminin və anestezioloq-reanimatoloq Xəyal Məmmədovun təqdimatları dinlənilib, sual-cavab və müzakirə sessiyası baş tutub.

Qaraciyər transplantasiyasına həsr edilən ikinci panelə isə Azərbaycan Tibb Universitetinin Birinci Cərrahi xəstəliklər kafedrasının müdiri, transplantoloq Nuru Bayramov və doktor Mircəlal Kazımi moderatorluq ediblər. Paneldə Rəşad Mahmudov "Ürək çatışmazlığı olan xəstələrdə qaraciyər transplantasiyası, eyni yoxsa ayrı-ayrı seanslarda?", Florence Nightingale Xəstəxanalar Qrupunun ümumi cərrahı Abuzər Dirican "Xroniki qaraciyər xəstəliyinə ümumi yanaşma", Mərkəzi Gömrük Hospitalının ümumi cərrah, transplantoloqu Kamran Beydullayev "Qaraciyər transplantasiyasında kimlər donor ola bilər?", ümumi cərrah Bülent Ünal "Qaraciyər və böyrək transplantasiyası zamanı HBV-li, HCV-li, HİV-li donorların (həm canlı, həm də meyit) istifadəsi : Türkiyə və dünya təcrübəsi", Ege Hospitalın terapevt-endokrinoloqu Xəyyam Eyvazov isə "Orqan transplanatsiyası və şəkərli diabet" mövzularına həsr edilmiş təqdimatlarla çıxış ediblər.

"Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru" konfransının sonuncu paneli böyrək transplantasiyası ilə əlaqədar olub. Abuzər Dirican və Fariz Babayevin moderatorluğu ilə keçirilən paneldə Leyla Tibb Mərkəzinin uşaq nefroloqu Zaur Əhmədovun "Uşaqlarda xroniki böyrək çatışmazlığı və böyrək transplantasiya zamanlaması", Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, nefroloq Mirməsim Məmmədovun "Böyüklərdə xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası zamanlanması", Mərkəzi Gömrük Hospitalının nefroloqu Şəbnəm Qədiməliyevanın isə "Meyitdən böyrək transplantasiyası nefroloqun gözü ilə" mövzusundakı təqdimatları dinlənilib.

Panellərdən sonra ümumi müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıtda piyada keçidi görünməz hala düşüb

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb

Bütün xəbərlər
Dünən, 17:35

Novxanıda qaz hesabında müəmmalı borc: 1306 manat silinəcək

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda yollar sakinlər üçün "sınaq meydanı"na çevrilib

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda torpaq icarəyə götürmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
Dünən, 15:48

"Sumqayıt Toxucu-Tikiş" MMC 60 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Dünən, 14:58

Sumqayıtda sabah leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 14:12

Sumqayıtlı Osman Xaliyevə mühüm vəzifə verildi

Bütün xəbərlər
Dünən, 13:59

400 ailənin yaşadığı "Stansiya Sumqayıt" çirkab sulara qərq olub

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq

Bütün xəbərlər
Dünən, 12:50

Sumqayıtda REAL TƏHLÜKƏYƏ çevrilən yataqxana

Bütün xəbərlər
Dünən, 12:07

Sumqayıtda qətllə nəticələnən görüşün pərdəarxası – 18 il həbs

Bütün xəbərlər
Dünən, 11:31

Tədris ilinin başlaması ilə bağlı iki qurumdan birgə məlumat

Bütün xəbərlər
Dünən, 10:53

Heyvanların erkən kəsiminin qarşısını almaq üçün subsidiya tətbiq edəcək

Bütün xəbərlər
Dünən, 10:04

Füzulidə yüksəklik və kəndlərin alınmasında rolu olan şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:17

Sumqayıta bu gün yağış yağa bilər

Bütün xəbərlər
05 sentyabr 2026, 18:10

Sumqayıtda bazar günü yağışlı keçə bilər

İdman
05 sentyabr 2026, 17:10

Tovuzda "Sumqayıt"la matç öncəsi azarkeş üsyanı

Bütün xəbərlər
05 sentyabr 2026, 16:33

Sumqayıt və Novxanı çimərliklərinin hava proqnozu

Bütün xəbərlər
05 sentyabr 2026, 16:10

Bakı-Sumqayıt yolundakı dəhşətli tıxac nə zaman bitəcək? - AÇIQLAMA

Bütün xəbərlər
05 sentyabr 2026, 16:10

MİQ-in müsahibə mərhələsinin nəticələri AÇIQLANDI

Bütün xəbərlər
05 sentyabr 2026, 15:10

Bakı-Sumqayıt yolu İFLİC olub

Bütün xəbərlər
05 sentyabr 2026, 14:10

İtkin düşmüş kimi axtarışı aparılan şəxslər tapılıb

Bütün xəbərlər
05 sentyabr 2026, 13:10

Sumqayıtın bu məktəbi nəticələri ilə diqqət çəkdi

Oxşar xəbərlər