Sumqayıtda piyada zolağının silinməsi narazılıq yaradıb.
Bu barədə Sumqayit24.az-a yerli sakinlər məlumat veriblər.
Qeyd olunub ki, 48-ci məhəllədə, Koroğlu prospektində yerləşən piyada keçidinin zolaqları silinib və artıq aydın görünmür.
Sakinlərin sözlərinə görə, piyada keçidinin yenidən rənglənməsinə ehtiyac var.
"Xahiş edirik, aidiyyəti qurumlar tərəfindən baxılaraq yenidən rənglənsin. Piyadaların təhlükəsizliyi üçün bu məsələ vacibdir", - deyə vətəndaş bildirib.