Sumqayıt şəhəri, Rustavi küçəsində, "Dejurnıy" kimi tanınan ərazinin yaxınlığında aparılan qazıntı işlərindən sonra yol bərbad vəziyyətdə qalıb. Aidiyyəti qurumlar işi başa çatdırsalar da, yolu bərpa etməyiblər.
Hazırda ərazidə böyük və dərin çöküntülər yaranıb. Avtomobillər həmin hissədən keçməkdə ciddi çətinlik çəkir, bəzi maşınların alt hissəsi yerə dəyir və maddi ziyan yaranır. Sürücülər cəmi 100 metrlik məsafəni qət etmək üçün əlavə dövrə vurmağa məcbur qalırlar.
Sakinlər və sürücülər problemin qısa müddətdə aradan qaldırılmasını tələb edirlər.