Sumqayıtın xəstəxanalarından birində mütəmadi yaranan sıxlıqla bağlı şikayət var.
Bu barədə Sumqayit24.az-a 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının pasiyentləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, xəstələrin qəbulu zamanı ciddi sıxlıq yaranır.
Pasiyentlərin iddiasına görə, xüsusilə psixiatriya şöbəsində vəziyyət gərgindir. Bildirilir ki, şöbədə yalnız bir həkim fəaliyyət göstərir. Bu səbəbdən xəstələrin qəbulu uzanır və gözləmə müddəti artır. Nəticədə isə xəstələr arasında narazılığa, aqressiv davranışlara və mübahisələrə səbəb olur.
Vətəndaşlar aidiyyəti qurumlardan xəstəxanaya baxış keçirilməsini və problemin həlli istiqamətində tədbir görülməsini tələb edirlər.
Redaksiyamız məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb.