Sumqayıtın mikrorayonlarından birində antisanitar vəziyyətlə bağlı şikayət var.
Sumqayit24.az-a bu barədə 5-ci mikrorayon, 1/13 saylı binanın sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, zibil qutularının sayı az olduğu üçün ərazi qısa müddətdə məişət tullantıları ilə dolub-daşır. Nəticədə ətrafa yayılan üfunət sakinlər üçün narahatlıq yaradır.
Şikayətçilər bildiriblər ki, tullantılar vaxtında daşınsa da, problemin həlli üçün zibil qutularının sayının artırılması vacibdir.
Vətəndaşlar aidiyyəti qurumlardan zibil konteynerlərinin sayının artırılmasını xahiş edirlər.