Bakıda və Sumqayıt şəhərinin də yerləşdiyi Abşeron yarımadasında güclü külək əsəcək.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 19-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Məlumata görə, xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.