Sumqayıt şəhərində itkin düşən 86 yaşlı Əzim Cabbarov tapılıb.
Sumqayit24.az-a bu barədə onun ailə üzvləri məlumat veriblər. Bildirilib ki, yaşlı kişi Novxanı qəsəbəsi ərazisində tapılıb.
Qeyd edək ki, Əzim Cabbarov dünən səhər saatlarında yaşadığı 13-cü mikrorayonda yerləşən 48 saylı uşaq bağçasından çıxıb və geri qayıtmadığı üçün ailəsi tərəfindən axtarılırdı.