Sumqayıtda anbar ərazisində ölüm hadisəsi qeydə alınıb.
Məlumata görə, hadisə İnşaatçılar qəsəbəsində, "Embawood" şirkətinə məxsus anbarda baş verib.
Qeyd olunub ki, 55 yaşlı Mübariz Zamanov iş zamanı qəfil halı pisləşərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Teleqraf.az