top
Bir sıra vergi güzəştlərinin müddəti uzadılır
Bu gün, 12:01
- ↺ +

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir sıra vergi güzəştlərinin müddəti daha 3 il uzadılır.

Məlumata görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Müddəti bitən vergi güzəştlərinə səmərəlilik baxımından yenidən baxılır.

Bu baxımdan müvafiq qiymətləndirmələr əsasında müddəti bitən aşağıdakı vergi güzəştlərinin növbəti 3 il müddətinə uzadılması nəzərdə tutulur:

- Formula 1 və Formula 2 yarışları ilə əlaqədar güzəştlər:
- SVOP əməliyyatları üzrə ƏDV azadolması;
- Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı, habelə heyvan və quş ətinin satışı üzrə ƏDV azadolması;
- Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı üzrə ƏDV azadolması;
- Kəpəyin istehsalı və satışı üzrə ƏDV azadolması;
- Yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq olunan ƏDV-dən azad olması;
- "Tibbi sığorta haqqında" qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun, habelə siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondların vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üzrə ƏDV azadolması;
- Tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində göstərilən tibbi xidmətlər üzrə ƏDV azadolması;
- Tibb sektorunda fəaliyyət göstərən şəxslər tərəfindən nağdsız ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizinin vergi tutulan dövriyyədən çıxılması;
- Regionlarda otel fəaliyyətində istifadə edilən daşınmaz əmlaklara görə əmlak vergisinin 75 faiz azaldılması;
- Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri tərəfindən həyata keçirilən dəmir yolu-avtomobil kombinə edilmiş tranzit daşımaları üzrə yol vergisindən azadolma (2 il müddətinə);
- Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgahların, avadanlıqların və qurğuların idxalına tətbiq olunan ƏDV azadolması;
- Platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın idxalına tətbiq olunan aksiz azadolması.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Mənbə: apa

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:51

Sumqayıtda itkin düşən 86 yaşlı kişidən xəbər var

Bütün xəbərlər
Bu gün, 11:11

Sumqayıtda qəza - 2 maşın toqquşdu

İdman
Bu gün, 10:31

Sumqayıt idmançısı Avropa ikincisi oldu

Bütün xəbərlər
Bu gün, 09:51

Günəşdə güclü alışma baş verib

Bütün xəbərlər
Bu gün, 09:11

Sumqayıtda anbar ərazisində ölüm hadisəsi

Bütün xəbərlər
Dünən, 18:40

Sarayda bu küçə axşam zülmətə qərq olur…

İdman
Dünən, 18:15

"Sumqayıt" Futbol Akademiyasının direktoru Gürcüstanda işgüzar səfərdə olub

Bütün xəbərlər
Dünən, 17:57

Polad Həşimovun anası xəstəxanadan evə buraxıldı

İdman
Dünən, 17:41

DƏQİQLƏŞDİ! "Sumqayıt" - "Sabah" matçı bu stadionda keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:25

Coratdakı internet problemi barədə açıqlama

Bütün xəbərlər
Dünən, 17:04

Sumqayıtda 86 yaşlı ahıl itkin düşüb

Bütün xəbərlər
Dünən, 17:01

Bakı–Sumqayıt yolu ən təhlükəli magistrallar sırasındadır

Bütün xəbərlər
Dünən, 16:21

FHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət etdi

Bütün xəbərlər
Dünən, 15:39

Deputat tələbələrə ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını təklif etdi

Bütün xəbərlər
Dünən, 15:01

Sumqayıtda sabah 18 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:58

Sumqayıtda yazıçı 3-cü mərtəbədən yıxılıb

Bütün xəbərlər
Dünən, 14:21

Sumqayıtda kişi birlikdə yaşadığı qadını uşağa görə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 13:43

Sumqayıtın 29 min sakini olan massivində məktəb yoxdur - DEPUTATDAN TƏKLİF

Bütün xəbərlər
Dünən, 13:41

Sumqayıtın deputatından alimlərin maddi durumu ilə bağlı çağırış

Bütün xəbərlər
Dünən, 13:01

Sumqayıt və Sarayda yeni mənzillər satışa çıxarılır

Kriminal
Dünən, 12:21

Sumqayıtda evlərə qənim kəsilən şəxsə hökm oxundu

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıt səmasında müəmmalı işıqlar – SƏBƏBİ BİLİNDİ

İdman
Dünən, 11:01

Sumqayıtlı karateçilər Tbilisidə medallar qazandılar

Oxşar xəbərlər