Sumqayıt şəhərində yaşayış binalarından velosiped oğurluqlarının qarşısı polis tərəfindən alınıb.
Sumqayit24.az xəbər verir ki, Zahid Məcidov, Mayıl Mayılov, Amid Məhərrəmov, Rizvan Xəlilov şəhərin müxtəlif ərazilərində yerləşən yaşayış binalarının bloklarına daxil olaraq mənzillərin yaxınlığında, əsasən ümumi istifadə sahələrində saxlanılan velosipedləri oğurlayıblar.
Onlar oğurladığı velosipedləri diqqət çəkməmək məqsədilə müxtəlif ünvanlarda gizlədərək sonradan satmağı planlaşdırıblar. Satılan bəzi velosipedlərin yerinin müəyyən olunaraq sahiblərinə qaytarılması üçün tədbirlər görülür.
Polis tərəfindən saxlanılan şəxslər həbs ediliblər. Araşdırmalar davam etdirilir.