Sumqayıt məktəblərində prioritetsiz şagird qəbulu aparılacaq. Sumqayıt24 bu haqda Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Birinci siniflərə onlayn qeydiyyat zamanı prioritet (bacısı və ya qardaşı bu ümumi təhsil müəssisəsində təhsil alan, valideyni (qanuni nümayəndəsi) burada işləyən) tətbiq olunan ümumi təhsil müəssisələrində Azərbaycan bölməsi üzrə boş qalan yerlərə prioritetsiz qəbul 22 may saat 11:00-dan etibarən başlayacaq.
Siyahı: 1 nömrəli, 11 nömrəli, 12 nömrəli, 23 nömrəli, 28 və 31 nömrəli tam orta məktəblər.