Sumqayıtda keçiriləcək ali təhsil müəssisələrinə qəbul imtahanının tarixində dəyişiklik edilib. Sumqayıt24 bu haqda 16 iyul tarixində Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.
Belə ki, I və IV ixtisas qrupları üzrə imtahanlar yalnız bir gündə - iyulun 21-də təşkil olunacaq. DİM bu addımı qeydiyyatdan keçmiş abituriyentlərin sayını nəzərə alaraq atıb.
Qeyd edək ki, sözügedən imtahanların 20 və 21 iyul tarixlərində keçirilməsi planlaşdırılırdı.