Sumqayıt şəhərində yerləşən ictimai iaşə obyektlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən reyd keçirilib. Bu haqda AQTA məlumat yayıb.
Agentlikdən verilən məlumata əsasən, Sülh küçəsində yerləşən “Osmanlı dönər evi” kafesində qanunvericiliyin tələbləri kobud şəkildə pozulub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.