Sumqayıt “DOST” Mərkəzinin tikintisinə pul ayrılıb. Sumqayıt24 bu haqda 18 dekabr tarixində Banker.az-a istinadən xəbər verir.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Allintertog” MMC və “MAC Construction” QSC birgə konsorsiumu ilə 9 milyon manatlıq müqavilə bağlayıb.
Anlaşma üzrə agentlik tərəfindən Sumqayıtda “DOST” Mərkəzinin tikintisinin aparılması və müxtəlif təchizat avadanlıqlarının satın alınması nəzərdə tutulur.