top
Sumqayıtda evləri kimlər yandırır?
26 iyun 2023, 00:06
- ↺ +

Sumqayıtda evləri kimlər yandırır?

H.Z. Tağıyev qəsəbəsində 11 barakdan sadəcə 3-ü qalıb. 8-i isə müəmmalı şəkildə yanıb. Sumqayıt24 bu haqda 26 iyun tarixində xəbər verir.

Hadisə Kərim Kərimov küçəsində (əvvəllər Kosmonavtlar ərazisi) baş verib. Sonuncu yanğın bir neçə gün öncə Mehman Orucovun evində baş verib. Ev sahibi hadisəni belə şərh edib:

“Bizə bildiriş gətirib verdilər “jek” tərəfindən ki, onlar heç bir şeyə cavabdeh deyillər. Evin içində yansaq, özümüz cavabdehlik daşıyırıq. Gecə saat 2, 3-ə işləmiş evin üst qatından şam atdılar, nə atdılar, yandırdılar evi. Canımızı güclə götürüb qaçdıq. Belim yanıb, kürəyim, qolum yanıb. Bununla bağlı nə bir kağız verildi mənə, nə maraqlanan var, nə heç bir şey. Heç kimə də maraqlı deyil, biz burada nə iş görürük. Getməyə də yerimiz yoxdur. Xahiş edirəm aidiyyətı qurumlardan, köməklik göstərsinlər. 10-11 ailə var burada, hamısı da mənim vəziyyətimdədir.
Üç gündür bu ağacın altında qonşu çaydan-çörəkdən verir, onunla dolanırıq. Evsiz qalmışıq, özləri də bilirlər. “Jek”in müdiri gəlib bura baxıb. Mənim getməyə heç bir yerim yoxdur. İcra nümayəndəliyində olmuşuq, bizə heç bir köməklik göstərən yoxdur. Haradan gəlmisiniz, çıxın gedin ora. Haraya gedim mən?”

Ailə ev yanan gündən küçədə gecələyir. Mehman Orucovun həyat yoldaşı Mətanət Orucova bildirib ki, etdikləri bütün müraciətlər boşa çıxıb və heç bir qurum yardım əlini uzatmır. Evləri salamat qalan qonşular isə qorxu içində yaşadıqlarını, gecə-gündüz evin ətrafında keşik çəkdiklərini deyirlər.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən ApaTV-yə açıqlama verilib. Bildirilib ki, həmin baraklar istifadəyə yararsız olduğu üçün 2019-cu ildə məhkəməyə müraciət olunub və məhkəmə tərəfindən qətnamə qəbul edilib. Məhkəmə qətnaməsindən sonra bu günə kimi vətəndaşlara mənzil istismar idarəsi tərəfindən dəfələrlə ərazinin boşaldılması üçün bildirişlər göndərilib, lakin vətəndaşlar indiyədək o baraklarda yaşayırlar.

Vətəndaşların evlərin qəsdən yandırılması ilə bağlı iddialarına cavab verən H.Z. Tağıyev qəsəbəsi 1 saylı mənzil istismar idarəsinin rəisi Yadigar Cəfərov isə bildirdi ki, yanğınların səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Qeyd edək ki, baraklar Müdafiə Nazirliyinin balansındadır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

İki min yerlik Saray məktəbində altı min şagird oxuyur? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:59

ABŞ ordusunda xidmətə başlayan sumqayıtlı xanım - MÜSAHİBƏ

Bütün xəbərlər
Bu gün, 17:57

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

İdman
Bu gün, 17:20

"Sumqayıt" ev oyunlarını "SOCAR Polymer Arena"da keçirəcək

İdman
Bu gün, 16:50

"Sumqayıt"ın prezidenti futbolçu ilə "prinsipə girib"? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 16:25

"Uşaqları məktəbə apara bilmirik" - Ceyranbatanda acınacaqlı vəziyyət

Bütün xəbərlər
Bu gün, 15:57

Tanınmış pedaqoq sumqayıtlıların təhsildəki uğurunun SİRRİNİ AÇDI: "Əsas səbəb valideynlərdir" - MÜSAHİBƏ

Bütün xəbərlər
Bu gün, 15:45

Sumqayıdakı bu şirkət "qara siyahı"ya salındı

Bütün xəbərlər
Bu gün, 15:10

"Yeni yol"da işıq dirəkləri yenilənir

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtdakı müəllimlər ixtisasartırma təlimlərinə qatılırlar

Bütün xəbərlər
Bu gün, 14:05

Sumqayıtda sabah leysan yağa, şimşək çaxa bilər

Bütün xəbərlər
Bu gün, 13:35

Sumqayıtda pensiyalar BU TARİXDƏ ödəniləcək

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtın adı əsrlər əvvələ gedib çıxır

Bütün xəbərlər
Bu gün, 12:22

Bu şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Kriminal
Bu gün, 11:50

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 11:20

Ceyranbatanda toyda dava: ÖLƏN VAR

Bütün xəbərlər
Bu gün, 10:45

Sumqayıtda arvadını öldürən qazi imiş - detallar

Bütün xəbərlər
Bu gün, 10:15

"Stansiya Sumqayıt"da evdə partlayış - Səbəbi dezodorant olub?

İdman
Bu gün, 09:54

Sumqayıtlı cüdoçular dünya çempionatında tatamiyə çıxacaq

Bütün xəbərlər
Bu gün, 09:43

Sumqayıtın təhsil işçiləri təltif olunub

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda yol qəzası - ölən var

Bütün xəbərlər
Bu gün, 08:00

Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 9-cu günündə BAŞ VERƏNLƏR - XRONİKA

Oxşar xəbərlər