Sumqayıtda fəhlələr təhlükəli şəraitdə işləyirlər. Sumqayıt24 bu haqda 16 may tarixində Yeniavaz.com-a istinadən xəbər verir.
Görüntülər 8-ci mikrorayon ərazisində lentə alınıb. Göründüyü kimi, yüksəkmərtəbəli binanı tikən işçiləri bədbəxt hadisədən qorumaq üçün heç bir təhlükəsizlik tədbirləri görülməyib. Onların başında qoruyucu dəbilqə belə yoxdur.
Məlumata görə, sözügedən bina “Mirxəlil - F” MTK-ya məxsusdur.