Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində avtomobil oğurlanıb. Bu haqda 7 sentyabr tarixində Sumqayıt24 məlumat verir.
Hadisə sentyabrın 4-ü saat 20:00 radələrində qeydə alınıb. Açarı “Mercedes” markalı avtomobilin üzərində saxlamış nəqliyyat vasitəsinin sahibi küçədə yerləşən ticarət obyektlərinin birinə daxil olub. Bu zaman fürsətdən istifadə edən naməlum şəxs maşını qaçırıb.
“Şəhərdə oğurluq hadisələri çoxalıb. Videonu paylaşın ki, çox adam görsün və açarı maşında saxlamasınlar”, – deyə zərərçəkən söyləyib.