Sumqayıtda səngiməyən külək daha bir necə ağacı aşırıb.
BakuTV-nin məlumatına əsasən, hadisə gecə saatlarında baş verib. Belə ki, həmin irigövdəli ağaclardan biri tikilinin üzərinə düşüb və sakinlər üçün təhlükəli vəziyyət yaradıb.
Xatırladaq ki, dünən ağaclardan biri qaz xəttinin üzərinə düşərək onu əymişdi.