Sumqayıt sakini qəflətən dünyasını dəyişib.
Qafqazinfo.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib. Şəhər sakini 41 yaşlı X.Musayeva yaşadığı evdə qəfil ölüb. Onun bir neçə aylıq hamilə olduğu bildirilib.
Ölümün dəqiq səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.