YAP Sumqayıt şəhər təşkilatında “Heydər Əliyev Məktəbi”nin məşğələsi keçirilib. Sumqayıt24 bu haqda 25 noyabr tarixində xəbər verir.
Tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunub. Məktəbin ilk məşğələsinə YAP idarə heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və fəal gənclər arasından seçilmiş dinləyicilər qatılıblar.